Səudiyyə Ərəbistanının Şura Məclisinin sədr köməkçisi Məhəmməd İbin Əmin Əl Cəfəri İranı il ərzində terrorizmə 30 milyard dollar dəstək verməkdə ittiham edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İtaliyada keçirilən NATO Parlament Assambeyası Aralıq dənizi və Yaxın Şərq üzrə xüsusi qrupu və Transatlantik Müdafiə və Təhlükəsizlik Təşkilatının altkomitəsinin ortaq tədbirində iştirak edən Əl Cəfəri İranın bölgədə xaosu artırmaq məqsədilə terror qruplarından istifadə etməsi, ərəb ölkərinin daxili işlərinə Husilərdən istifadə etməklə müdaxiləsini vurğulayıb. O bildirib ki, İran Yəməndəki Husi qüvvələrinə ballistik raket verir və ötən ay Səudiyyənin paytaxtı Riyada ballistik raket hücumu təşkil edilib.
Əl Cəfəri İŞİD-ə qarşı aparılan mübarizədə əldə edilən müsbət nəticəni desə də, İranın beynəlxalq təhlükəyə çevrildiyini qeyd edib və addımlar atmağın vacibliyindən danışıb.
Gülşən