Xəbər lenti

Terrora qarşı Milli Şura yaradıldı
Dünya06:10 27.07.2017

Terrora qarşı Milli Şura yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir prezidenti Abdel Fəttah as-Sisi terrorçuluğa və ekstremizmə qarşı mübarizə üzrə Milli Şuranın yaradılması barədə fərman imzalayıb.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, yeni Şura ekstremizm ideyalarının cəmiyyətdə yayılmasına əngəl olmaq üçün ictimai təşkilatların və dövlət strukturlarının səylərini birləşdirmək və terrorçuluğa qarşı səmərəli yolların hazırlanması üçün yaradılıb.

Məlumata əsasən, Milli Şuraya ölkə prezidenti rəhbərlik edəcək.

Qaynarinfo.Az