Xəbər lenti

“Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi
Dünya 15:20 27.05.2025

“Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi

BYD şirkəti Çində elektrik avtomobillərinin qiymətlərini kəskin şəkildə endirib və bununla da "Tesla” ilə rəqabəti daha da gücləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Məşhur Çin istehsalçısı özünün bazar modelini "Tesla”nın ən ucuz avtomobilindən demək olar ki, 75% aşağı qiymətə satışa çıxarıb. Bu, "Seagull” hetçbek modelinin 20% ucuzlaşaraq 55 800 yuana (təxminən 7700 dollar) düşməsindən sonra baş verib.

Bu məbləğ, "Tesla”nın ən ucuz modeli olan Model 3-ün (231 900 yuan) qiymətinin cəmi dörddə biri qədərdir.

Şenjen şəhərində yerləşən BYD-nin investorları arasında Uorren Baffet də yer alır. Şirkət həftə sonu elan edib ki, iyunun sonunadək Çində 22 modelə endirim tətbiq ediləcək. Bu addım daxili bazarda tələbatın azalması və AB və ABŞ-da gömrük rüsumlarının artırılmasına cavab olaraq atılıb.

Kütləvi endirimlər bazarda şiddətli rəqabəti nümayiş etdirir. Aprel ayında dilerlərin anbarlarında 3,5 milyon satılmamış elektrikli avtomobil qalıb – bu, 2023-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Satışlar Çində iqtisadi artımın ləngiməsi səbəbindən zəifləyib.

Mütəxəssislər bildirirlər ki, "Tesla” və digər Qərb istehsalçıları qiymət baxımından çinli rəqiblərinə artıq uzun müddətdir uduzurlar.

Məsələn, ötən ay BYD Avropada satış həcminə görə ilk dəfə "Tesla”nı geridə qoyub, yanvar ayında isə bu hal Böyük Britaniyada baş verib. Buna İlon Maskın Donald Trampı dəstəkləməsi səbəbilə "Tesla”ya qarşı yaranan boykot dalğası da təkan verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->