Xəbər lenti

Dünya 12:04 13.01.2024

Texas Milli Qvardiyası Meksika sərhədini nəzarətə götürdü, Ağ Ev məhkəməyə üz tutdu

ABŞ Administrasiyası (Ağ Ev) və Texas ştatının Milli Qvardiyası tərəfindən sərhədin müstəqil qorunmasına məhkəmədə etiraz edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edib.

"Texas ştatının yeni hərəkətləri ştatın sərhəd patrulunun sərhədi qorumaq və ya hətta nəzarət etmək, habelə fövqəladə hallara cavab vermək qabiliyyətini əngəlləmək üçün artan səylərini göstərir", deyə açıqlamada qeyd edilib.

Ədliyyə Nazirliyi ona tabe olan sərhədçilərin Milli Qvardiyanın blokladığı ərazilərə girişini bərpa etməyi tələb edir. Ədliyyə Nazirliyi federal departamentdir və Milli Qvardiya əvvəlcə Texas hakimiyyətinə, sonra isə ABŞ administrasiyasına tabedir.

Texas hakimiyyəti öz növbəsində iddia edir ki, federal qurumlar sərhədi lazımi səviyyədə qoruya və öz funksiyalarını yerinə yetirə bilmirlər. Bununla əlaqədar, dövlət qanunu qəbul edilib, ona görə hakimiyyət orqanları şübhəli qanunsuz miqrantları həbs və deportasiya etmək hüququ alıb.

Qeyd edək ki, Texas Milli Qvardiyası ABŞ və Meksika arasındakı sərhədin bir hissəsini nəzarətə götürüb. Bu barədə CBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qarşıdurma sərhəddə yerləşən Eagle Pass keçid şəhərində baş verib. Məhz bu şəhərdə Rio Qrande çayını keçən qeyri-qanuni ölkəyə daxil olur. Respublikaçı qubernator Qreq Abbott tərəfindən yerləşdirilən Texas Milli Qvardiyası Şelbi Parkına nəzarəti ələ keçirib.

Qeyd olunur ki, Texas hakimiyyəti sərhəd patrul qayıqlarının Eagle Pass keçid ərazisində patrul fəaliyyətini qadağan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->