Xəbər lenti

Təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçdu
Dünya18:40 18.06.2016

Təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək üçün on polis əməkdaşı cəlb olunub.
Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı "unudaraq"  Düsseldorf hava limanından uçub.
Qanarinfo.az oxu.az-a istinadən bildirir ki, Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə  iki avtobusda gətiriblər.
Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamları göyərtəyə alınmayıblar.
Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub.
Qaynarinfo.az