
İndoneziyada tarixdə nadir hadisələrdən biri baş verib.
Qaynar.info xəbər verir ki, avqustun 7-də İndoneziynın Lion Air kompaniyasına məxsus təyyarə Qorontalo əyalətindəki aeroporta eniş edərkən inəklə toqquşub.
Şassiyə enərkən pilot eniş zolağında 3 inəyin olduğunu görən pilot heyvanlarla toqquşmadan qaçmaq istəsə də, buna nail ola bilməyib. Nəticədə inəklərin biri vurulub.
Heyvanla toqquşma nəticəsində təyyarənin əyləc sistemi sıradan çıxıb.
Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Qaynar.info