Xəbər lenti

Təyyarə şəhərə minlərlə ziyanverici böcək buraxdı - İnsanlar təşvişdə
Dünya09:21 13.07.2016

Təyyarə şəhərə minlərlə ziyanverici böcək buraxdı - İnsanlar təşvişdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali İraqın Kıfri şəhərinə bir təyyarədən minlərlə hamam böcəyi atılıb.

"Qaynarinfo.Az" xəbər verir ki, bununla bağlı danışan Germiyan Polis İdarəsinın sözçüsü mayor Əli Camal Rudaşa dünən axşam saat 19.30-da bir təyyarənin On iki İmam kəndinə "on minlərlə" hamam böcəyi atdığını bildirib.

Hamam böcəklərinin yayılmasının qarşısını almaq üçün bir qrup yaradılıb. Hədisə ilə bağlı araşdırmalar başlayıb.

Təyyarənin hansı dövlətə məxsus olduğu bilinmir.

Qaynarinfo.Az