Xəbər lenti

Dünya 11:26 22.04.2024

"The Times of Israel": ABŞ İsrail ordusuna qarşı sanksiyaları genişləndirə bilər

Birləşmiş Ştatlar İsrail Müdafiə Qüvvələrinin (İMQ) daha bir neçə bölməsinə və polisə qarşı sanksiya tətbiq etməyi düşünür. Bu həftə İsrailin "Netzach Yehuda” taboruna (İMQ-nin ultra-ordodoks kişilər üçün xüsusi bölməsi) qarşı sanksiyaların tətbiqi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, Dövlət Departamenti bir ildən artıqdır ki, "Netzach Yehuda” hərbçiləri və digər birləşmələri tərəfindən insan haqlarının pozulması ilə bağlı araşdırma aparır. 2022-ci ilin dekabrında İMQ "bundan sonra fələstinlilərlə təmasda olmamaq üçün” taboru İordan çayının qərb sahilindən çıxarmaq qərarına gəlib. Lakin adının açıqlanmasını istəməyən ABŞ rəsmisi qeyd edib ki, "fələstinlilərə qarşı təkrarlanan qanunsuzluq hallarına görə” konkret əsgərləri məsuliyyətə cəlb etmək üçün heç bir addım atılmayıb.

Nəşrin digər həmsöhbəti "sanksiyaların praktiki təsirinin məhdudlaşdırıla biləcəyinə” aydınlıq gətirib. Gözlənilir ki, ABŞ "Netzach Yehuda”ya silah almaq üçün İsrailə verilən hərbi yardımdan istifadəni qadağan edəcək, İsrail hakimiyyəti isə bu məqsədlə hələ də öz vəsaitlərindən istifadə edə biləcək.

Qəzet qeyd edir ki, digər Qərb ölkələri də ABŞ-dan nümunə götürə bilər. Həmçinin "The Times of Israel”in mənbəsi etiraf edib ki, Vaşinqton təkcə İordan çayının qərb sahilində deyil, həm də Qəzza zolağında insan haqlarının pozulmasına görə İMQ bölmələrinə qarşı sanksiyalar tətbiq edə bilər.

İsrail hakimiyyəti bütün pozuntuları rədd edir. Baş nazir Benyamin Netanyahu hüquq pozuntusuna görə İsrailin istənilən hərbi birləşməsinə qarşı sanksiyalarla mübarizə aparacağına söz verib.

"Axios” nəşri yazır ki, "Netzach Yehuda” ilə bağlı araşdırmanın səbəblərindən biri 2022-ci ilin yanvarında 78 yaşlı Fələstin əsilli ABŞ vətəndaşı Ömər Əsədin ölümü olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->