Xəbər lenti

The Wall Street Journal Çinin Tayvana iddiasında Rusiya izini üzə çıxardı
Dünya05:49 06.01.2022

The Wall Street Journal Çinin Tayvana iddiasında Rusiya izini üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
The Wall Street Journal Çinin Tayvana iddialarıyla Rusiyanın Ukraynanı işğal hazırlıqları arasında bir bağlılıq olduğunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, məqaləyə illüstratorun çəkdiyi rəsm xüsusi diqqət çəkir: hərbi geyimdə panda və ayı təsviri, silahların hədəfində isə Ukrayna və Tayvan olduğu görünür.
Nəşrin müəllifi yazır: "Ukraynada böhran qaçılmaz ola bilər, çünki Vladimir Putin mümkün işğal üçün Rusiya ilə sərhədə qoşun toplayır”.
O qeyd edib ki, amerikalı siyasətçilər də Tayvanda "qaynayan”, lakin daha yavaş gedən potensial münaqişəyə diqqət yetirməyə başlayıblar.
"Ancaq Amerika dövlət xadimləri başa düşməlidirlər ki, bu hadisələrə ayrılıqda baxmaq olmaz; onlar bir-birinə bağlıdır və Avrasiya üçün daha böyük siyasi rəqabətin bir hissəsidir", - WSJ qeyd edib.
Putinin Ukraynaya qarşı addım atmaq imkanını ciddi şəkildə nəzərdən keçirib-keçirmədiyi sualı açıq qalır. Amma Rusiya prezidenti real təhlükə yaradaraq məqsədlərinə nail olub. Əvvəlcə bu, prezident Baydenin diqqətini çəkdi və onlar dekabrın 7 və 30-da telekonfrans keçirdilər.
"Rusiya özünü böyük derjava hesab edir və digər böyük derjavalarla Şimali Atlantika Müqaviləsi Təşkilatı vasitəsilə deyil, birbaşa əlaqə qurmaq istəyir ki, bu da Rusiyanın zəifliyini və Sovet İttifaqının dağılmasını iyrənc şəkildə yada salır”, - məqalə müəllifi fikrini yekunlaşdırıb.
Rusiya dəfələrlə bəyan edib ki, Ukraynanı işğal etmək niyyətində deyil.
Alpər