Xəbər lenti

Tiflisdə “xarici agentlər” qanununa qarşı irimiqyaslı etiraz aksiyası keçirildi (VİDEO)
Dünya 11:26 27.05.2024

Tiflisdə “xarici agentlər” qanununa qarşı irimiqyaslı etiraz aksiyası keçirildi (VİDEO)

Bazar günü Tiflisdə Gürcüstanın Müstəqillik Günü münasibətilə genişmiqyaslı Azadlıq yürüşü keçirilib və onlar "xarici agentlər” haqqında qanunun qəbuluna etiraz ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə SOVA nəşri məlumat yayıb.

Gürcüstan və Avropa İttifaqının bayraqları ilə keçirilən aksiya iştirakçıları Filarmoniya binasından paytaxtın mərkəzində yerləşən Vake parkına yollanıb.
Yürüşdə tələbələr, müəllimlər, siyasətçilər, QHT nümayəndələri, o cümlədən mədəniyyət və digər sahələrinin təmsilçiləri iştirak ediblər.

Nümayişçilər mobil telefonlarında fənər yandıraraq "Rusiya qanunlarına yox!” və "Rusiya rejiminə yox!” şüarları səsləndiriblər.

Yürüş iştirakçıları "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə çıxış ediblər və həmçinin bildiriblər ki, Gürcüstan prezidentinin mayın 18-də qanun layihəsinə qoyulan vetosunu aradan qaldırmaq Gürcüstanı Avropadan ayıracaq.

Xatırladaq ki, mayın 24-də axşam saatlarında Tiflisdə "xarici agentlər” haqqında qanunun qəbuluna və polisin həddən artıq güc tətbiqinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Prezident qanuna veto qoyub, lakin parlament onun vetosunu ləğv edə bilər.

Avropa Şurasının Venesiya Komissiyası mayın 21-də dərc olunmuş təcili rəyində Gürcüstana qanunu indiki formada ləğv etməyi "qətiyyətlə tövsiyə edib”. Lakin Gürcüstanın hakim partiyası Venesiyanın dağıdıcı qənaətini rədd edərək qanunun qəbulunu yaxın həftələrdə başa çatdıracağına söz verib.

Bu həftə Birləşmiş Ştatlar Gürcüstana qarşı viza məhdudiyyəti tətbiq etdiyini açıqlayıb  ki, bu da ölkədə demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlara təsir edəcək. Hakimiyyətdə olan partiya qəzəblənib və bunu "strateji tərəfdaşlıq ruhuna uyğun gəlməyən şantaj” adlandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->