Xəbər lenti

Tiflisin öz səfirini Saakaşviliyə görə geri çağırmasına Zelenskidən reaksiya
Dünya11:27 08.05.2020

Tiflisin öz səfirini Saakaşviliyə görə geri çağırmasına Zelenskidən reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisin Gürcüstan səfirini Kiyevdən geri çağırmaq qərarını səhv adlandırıb. 
Qaynarinfo xəbər verri ki, qərar Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna Milli islahatlar Şurasının İcra Komitəsinin rəhbəri təyin olunduqdan sonra qəbul edilib.
"Gürcüstanla, gürcü xalqı ilə əla münasibətlərimiz var", - Zelenski "Naş" televiziya kanalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna tərəfə daha öz səfirini heç bir məsləhətləşmə üçün geri çağırmayacaq. Həmçinin Zelenski hesab edir ki, məsləhətləşmələrdən sonra bütün tərəflər anlayacaq ki, "kadr siyasəti hər bir ökkənin və o ölkədə yaşayan vətəndaşların daxili işidir”.
Xatıladaq ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Kiyevdəki səfirinin geri çağırıldığını bəyan edib. Bu, keçmiş prezident Mixeil Saakaşvilinin İslahat İcra Komitəsinin rəhbəri təyin olunmasından sonra baş verib.
Alpər