Xəbər lenti

Tiflislə Kiyevə zərbə: Moskva planını reallaşdırır
Dünya16:45 17.04.2016

Tiflislə Kiyevə zərbə: Moskva planını reallaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qondarma Krım Respublikasının rəhbəri Sergey Aksyonov separatçı Abxaziya rejimi ilə “İqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq haqqında” müqavilə imzalayıb. 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Aksyonovun mətbuat xidməti yayıb. 
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz anneksiya olunub. Moskva bu yarımadanın heç vaxt Ukraynaya geri qaytarılmayacağını bəyan edib. 
Abxaziya isə 1991-ci ildə Gürcüstandan ayrılıb. Rusiya 2008-ci ildə Gürcüstanla savaşdan sonra Abxaziyanın müstəqilliyini tanıyıb və onunla müttəfiqlik haqqında müqavilə imzalayıb. 
Qaynar.info