İsmayıllı Rayon İcra Hakimiyyəti "İsmayılli-Tikinti-27" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilə Novruz bayramı ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi və Ramazan bayramı ilə əlaqədar olaraq iftar süfrəsinin təşkil olunması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 25 665 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İsmayıllı Tikinti-27" ASC 5 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 AZN olan ASC-nin hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 100-də yerləşir. ASC-nin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur. Azad Əliyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
"İsmayıllı Tikinti-27" ASC və Azad Əliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Baxmayaraq ki, şirkət dövlət satınalmalarında fəal iştirak edir.
"İsmayıllı Tikinti-27" ASC bir neçə il əvvəl keyfiyyətsiz beton satmaqla gündəmə gəlib. 2018-ci ildə isə şirkətina dı rüşvət qalmaqalında hallanıb.
Başqa bir məqam isə şirkətin fəaliyyət istiqaməti ilə bağlıdır. ASC əsasən yenidənqurma və tikinti işlərini həyata keçirib. Şirkətin qalib gəldiyi tenderlər də adətən bu işlərlə bağlı olur. İndi məlum olur ki, "İsmayıllı Tikinti-27" ASC həm də bayramlar təşkil edirmiş.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovdur. O. 2020-ci ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər