Xəbər lenti

Tofiq Zülfüqarov: “Qərb və Rusiya bizə təzyiq edir”
Siyasət11:52 08.08.2023

Tofiq Zülfüqarov: “Qərb və Rusiya bizə təzyiq edir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza aşırı maraq göstərir. NATO-nun Cənubi Qafqaz ölkələrinin işlərinə qarışması sabitliyi poza və sülh nizamlanmasını uzun müddətə təxirə sala bilər.
ABŞ-nin Dövlət Departamentinin sözçüsü Metyu Miller isə Ermənistan və Azərbaycandan söhbət gedəndə Rusiyadan danışmaq istəmədiyini bildirib. M. Miller hesab edir ki, üçüncü ölkələrin şərhlərinə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında razılaşma əldə ediləcək. 
Beləliklə, Rusiya Qərbin Qarabağ danışıqlarına qarışmağına qarşıdır. ABŞ isə bu açıqlama ilə Rusiyaya Ermənistan və Azərbaycan arasında gedən məsələlərə qarışmamağı təklif edib. 
Görəsən, iki siyasi gücün maraqlarının toqquşması bğlgəyə nə vəd edir və hansı format bizim üçün daha məqbuldur? 
Sualımızı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Siyasi ekspert qeyd edib ki, Azərbaycanı başqa mövzu maraqlandırır: 
"Bəli, Qərb və Rusiya arasında qarşıdurma mövcuddur. Belə qarşıdurma həmişə olub, indi isə daha kəskin forma alıb. Ancaq söhbət başqa problemdən gedir. Hansı tərəf münaqişəyə son qoyulmasını istəyir? Çünki bəzi məqamlarda onlar çalışırlar ki, Azərbaycanın daxili məsələsi olan Qarabağ mövzusundan istifadə etsinlər. Necə ki, bundan öncə həm Rusiya, həm də Qərb regionda öz təsirini təmin etmək üçün bu munaqişədən istifadə ediblər. Onlar münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq məqsədi üçün ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirmək niyyətindədirlər. Bu, əslində status deməkdir. Bu baxımdan da görürük ki, onların arasında böyük bir fərq yoxdur. Ona görə də, taktiki baxımdan gah Rusiyadan, gah da Qərbdən öz xeyrimizə istifadə etməliyik". 
Röya Kərimli