Xəbər lenti

Tokayev yenidən prezident seçildi
Dünya05:39 22.11.2022

Tokayev yenidən prezident seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
"Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib. 
Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.
Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı.