Xəbər lenti

Tokio-2020-də qadınlar arasında marafonun qalibi keniyalı atlet oldu
İdman06:05 07.08.2021

Tokio-2020-də qadınlar arasında marafonun qalibi keniyalı atlet oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020-də qadınlar arasında keçirilən marafonun qalibi müəyyənləşib.
Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, keniyalı Perez Cepçirçir marafonun qalibi olub. O, dünya rekordçusu Bricid Kosqeyi qabaqlayaraq finişə hamıdan tez çatıb. Keniyalı atlet yarış məsafəsini iki saat 27 dəqiqə, 20 saniyəyə qət edib və yarımmarafon üzrə ikiqat dünya çempionu Kosqeyi 16 saniyə qabaqlayıb.
Finişə üçüncü çatan idmançı isə ABŞ təmsilçisi Molli Seydel olub. O yarış məsafəsini iki saat 27 dəqiqə 46 saniyəyəy qət edərək bürünc medala sahib çıxıb.
Yolun uzunluğu 42 km olan və 88 nəfərin iştirak etdiyi yarış Sapporo Odori Parkında baş tutub. 
Səbuhi Həsənov