Tomsk vilayətində hazırda 1155 hektar sahədə 6 meşə yanğını ilə mübarizə aparılır.
Qaynarinfo xəbər verir ki, bu barədə regionun meşə təsərrüfatı idarəsinin rəsmi Telegram kanalında dərc olunmuş məlumatda
deyilir.
"Hazırda meşə fondu torpaqlarında 1155,01 hektar sahədə 6 meşə yanğını var, onlardan 1-i lokallaşdırma mərhələsindədir”, - deyə məlumatda bildirilir.
Ümumilikdə, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti qeyd edib ki, Rusiya ərazisində, demək olar ki, 59 min hektar sahədə 65 meşə yanğını davam edir, onlardan 28-i lokallaşdırılıb.
Rusiya Federasiyasında meşə yanğınları ilə mübarizədə 3,3 mindən çox insan, o cümlədən 360-dan çox texnika və 40-a yaxın təyyarə iştirak edir.
Alpər