Xəbər lenti

Tramp Ağ Evə qayıtsa, Avropa hansı addımı atacaq?
Dünya12:54 17.01.2024

Tramp Ağ Evə qayıtsa, Avropa hansı addımı atacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Parlamentinin sədr müavini Katarina Barli bildirib ki, Donald Tramp ABŞ prezidenti olacağı və "Avropadan imtina edəcəyi" halda Avropa İttifaqının (Aİ) müdafiə müstəqilliyinə nail olmaq üçün daha sıx əməkdaşlığa ehtiyacı var. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna müsahibəsində danışıb.
Onun fikrincə, əgər Tramp "Avropadan imtina edərsə", Aİ təkbaşına hərəkət edə bilməlidir. Barli vurğulayıb ki, Donald Trampın ilk müddəti Avropaya strateji cəhətdən müstəqil olmalı olduğunu göstərib. O hesab edir ki, Avropa İttifaqı hərbi sahədə daha sıx əməkdaşlıq etməlidir.
"Hazırda məqsəd hərbi məhsulların birgə tədarükü və istehsalını artırmaq olmalıdır", deyə Barli bildirib.
Avropa Parlamentinin sədr müavini deyib ki, Tramp Ağ Evə qayıdarsa, Aİ təhlükəsizliyi təkbaşına təmin edə bilməlidir.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın Avropa İttifaqının nümayəndələri ilə təkbətək söhbətində ABŞ-ın Aİ-yə hücum olacağı təqdirdə ona kömək etməyəcəyi barədə xəbərdarlıq etdiyi bildirilirdi.
Aydın