ABŞ prezidenti Donald Tramp bank soyğunu ilə əlaqədar keçmiş məhkumun, daha sonra özünü xeyriyyəçiliyə həsr edən qaradərili amerikalı Con Ponderin əfv edilməsiylə bağlı fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, keçmiş cinayətkar Respublikaçılar Partiyasının ümummili qurultayında iştirak edib.
Tədbirin ikinci gününün yayımına bir neçə saat qalmış Ağ Ev Amerika liderinin keçmiş məhkumun yanında onun əfv fərmanını imzaladığı anın videosunu yayımlayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, 38 yaşında Ponder bankı qarət etdiyinə görə tutulub. Onun sözlərinə görə, Con həbsxanada olarkən Bibliya oxumağa və xristian radiolarını dinləməyə başlayıb. Tramp əlavə edib ki, cəzasını çəkdikdən sonra onu həbsxanaya göndərən FTB-nin xüsusi agenti Riçard Bizli onun qapısını döyərək deyib: "İstəyirəm ki, sizin üçün dua etdiyimi biləsiniz".
Prezidentin əfv fərmanı Ponderin üstündən məhkumluğu da götürəcək.
Alpər