Xəbər lenti

Tramp Baş Prokuroru qovdu
Dünya06:01 08.11.2018

Tramp Baş Prokuroru qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp Baş Prokuror Ceff Seşşınzı vəzifəsindən azad edib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, qərarı "Twitter" hesabı vasitəsilə elan edən Tramp "Baş Prokuror Ceff Seşşınza xidmətlərinə görə təşəkkür edir və uğurlar arzu edirik. Vəzifəni müvəqqəti icra edəcək şəxsin adı tezliklə açıqlanacaq", - deyə bildirib. 
Baş prokuror vəzifəsini Metyu Vitaker müvəqqəti olaraq icra edəcək.
Qeyd edək ki, Baş Prokuror Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsində anti-Tramp  mövqeyi ilə diqqət çəkmiş və prezident tərəfindən tənqid edilmişdi. 
Gülşən