ABŞ-ın keçmiş lideri Donald Tramp bildirib ki, hazırkı prezident Co Bayden üçüncü dünya müharibəsinə başlaya və ABŞ-ı hələ prezident seçkilərindən əvvəl məhv edə bilər.
Qaynarinfo bu barədə Gazeta.ru-ya istinadla
xəbər verir.
"Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik... 10 ay ərzində onlar (Co Baydenin administrasiyası – Gazeta.Ru) ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.
Tramp həmçinin bildirib ki, o, Baydendən fərqli olaraq dünya liderləri ilə necə anlaşacağını bildiyi üçün Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməyəcək. O əlavə edib ki, ABŞ-ı xilas etməyə qadir olan yeganə dövlət başçı namizədi özüdür.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti demokrat Barak Obama ölkənin hazırkı rəhbəri Co Baydeni Donald Trampın Ağ Evə mümkün qayıdışından ehtiyat etdiyi üçün seçki kampaniyasını gücləndirməyə çağırıb.
Alpər