Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, noyabrın 5-də keçiriləcək seçkilərə asayişi təmin etmək üçün ABŞ ordusunu cəlb etmək lazımdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə oktyabrın 13-də "Fox News”da
bildirib.
"Məncə, böyük problem daxildəki insanlardır. Bizdə çox pis insanlar, xəstə insanlar, radikal solçu dəlilər var. Bu, Milli Qvardiya və ya lazım gələrsə, hərbçilər tərəfindən asanlıqla həll edilə bilər. Çünki buna icazə verə bilməzlər", deyə Tramp aparıcı Mariya Bartiromonun seçki günü xaos gözləyib-gözləmədiyi ilə bağlı sualına cavab verib.
Daha sonra müsahibədə Tramp bir daha bildirib ki, onun fikrincə, "daxildəki düşmənin” Çin və ya Rusiya kimi xarici düşmənlərdən daha təhlükəlidir.
"Mənim fikrimcə, daxili düşmən Çindən, Rusiyadan və bütün bu ölkələrdən daha təhlükəlidir, çünki sizin ağıllı prezidentiniz varsa, o, onların öhdəsindən asanlıqla gələ bilər”, deyə Respublikaçı namizəd deyib.
Jurnalistlərin yazdığına görə, seçki günü ordunun yerləşdirilməsi ideyası səsvermə prosesinə görünməmiş bir müdaxilə olardı, baxmayaraq ki, Tomas Ceffersonun prezidentlik dövründə qəbul edilmiş 1807-ci il Qiyam haqqında qanunu dövlət başçısına Milli qvardiyanı və hərbi qulluqçuları üsyanlara və ya digər iğtişaşlara qarşı mübarizə aparmaq səlahiyyətini verir.
Demokrat namizəd Kamala Harrisin seçki qərargahı Trampın bəyanatına dərhal reaksiya verib.
"Donald Tramp amerikalı həmvətənlərinin xarici düşmənlərdən daha pis "düşmənlər" olduğunu ehtimal edir və onlara qarşı ordudan istifadə edəcəyini deyir", deyə seçki kampaniyasının sözçüsü İen Sems bildirib.
Nizami Bağırov
Şərhlər