İranla nüvə müqaviləsini ləğv edən ABŞ prezidenti Donald Tramp rəsmi Tehranı hədələyib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı İranın nüvə proqramına davam edəcəyi halda daha ağır nəticələrin olacağını bildirib.
"İran nüvə proqramına başlasa, çox sərt nəticələri olacaq. İran ya müzakirələrə qoşulacaq, ya da başqa şeylər olacaq" deyə Tramp bildirib.