Xəbər lenti

Tramp: “Köhnə idman matçlarını izləməkdən bezmişəm”
Dünya07:22 15.04.2020

Tramp: “Köhnə idman matçlarını izləməkdən bezmişəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika dövlətinin başçısı Donald Tramp köhnə idman oyunlarını izləməkdən bezdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, onun fikrincə, Birləşmiş Ştatlar tamaşaçıları illər əvvəl televiziyalarda verilmiş oyunları izləməkdən xilas etmək üçün yarışlar keçirməyə yenidən başlamalıdır.

"14 il əvvəlin beysbol oyunlarını izləməkdən bezdim. Düzünü desəm, praktik olaraq izləməyə vaxtım yoxdur", - Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Tramp NHL, NBA, digər Şimali Amerika idman təşkilatlarının rəhbərləri ilə, eləcə də ölkənin bir neçə klubunun sahibləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır.

Alpər