ABŞ prezidentinin ötən həftə sonu ötürdüyü məlumatla impiçment proseduruna səbəb olan anonim şəxsin kimliyini faş edən tviti Twitter tərəfindən bloklanıb.
Qaynarinfo xəbər verir ki, Prezident Donald Tramp şirkəti bu addımıyla milyonlarla istifadəçinin hesabına təsir etməkdə günahlandırıb. Qeyd edildiyi kimi, şənbə günü bir müddət əvvəl Amerika liderinin Ukrayna prezidenti ilə danışqılarını Senata ötürən anonim şəxsin - ölkənin kəşfiyyat cəmiyyətinin işçisinin adını açıqladığı mesaj Tvitterdən yoxa çıxıb.
Həmin bloklanan tvit bir də bazar günü aktiv edilib, ancaq bu, həmin şəxsin adının açılqlandığı həmin orijinal tvit olmayıb. Twitter bu hərəkətini Ağ Ev rəhbərləri də daxil olmaqla bəzi istifadəçilərin hesablarına təsir edən "sistem nöqsanı" kimi izah edib.
Xatırladaq ki, Demokratlar, bəzi Respublikaçılar və Amerika kəşfiyyat cəmiyyətinin üzvləri məlumat verən şəxsin şəxsiyyətini aşkar etmək cəhdlərinə qarşı çıxaraq, bunu qanunsuz hesab ediblər.
Alpər