Amerika dövlətinin başçısı Donald Tramp Müdafiə Nazirliyinin rəhbəri Mark Esperə tam etibar etdiyini dilə gətirməyib.
Qaynarinfo xəbər verir ki, o, "Axios”a verdiyi müsahibədə Pentaqon rəhbərini vəzifəsindən azad etmək istədiyini birbaşa inkar etmədən bu mövzuda danışıb.
Ağ Ev rəhbərindən belə bir qərarın qəbul olunmasının mümkün olub-olmadığını şərh etmək istənilib.
"Diqqətimi çəkən çoxlu problemlərim olduğuna görə mən həqiqətən bu məsələyə diqqət ayırmamışdım", - deyə Tramp cavab verib.
Alpər