Tramp seçkidə qalib gəlsə, kimi məhkəməyə vermək istədiyinə artıq qərar verib. Bəziləri onun kabinetindən keçmiş məmurlardır.
Bu barədə Qaynarinfo "The Washington Post”a istinadən xəbər
verir.
Seçkidə qalib gələrsə, Tramp tənqidçilərdən əvəz çıxmağı və Ədliyyə Nazirliyinə nəzarəti ələ keçirməyi, həmçinin andiçmə günündə qoşun yeritməyi planlaşdırır.
Tramp artıq indidən kimin məhkəmə qarşısına çıxarılacağını açıqlayıb. Bunlar onun kabinetinin Trampı tənqid etdiklərini gizlətməyən keçmiş məmurlardır.
Bu, Ağ Evin keçmiş aparat rəhbəri Con Kelli, keçmiş prokuror Uilyam Barr, keçmiş Baş komandan general Mark Millidir. Bundan əlavə, Tramp FTB və Ədliyyə Nazirliyinin rəsmilərinin məsuliyyətə cəlb edilməsindən danışıb.
Tramp Bayden və ailəsini mühakimə etmək istəyir. O, prezident olarsa, bu işə xüsusi prokuror təyin edəcək.
Tramp tərəfdarları andiçmə günündə iğtişaşlara hazırlaşır. Etirazları yatırmaq üçün ordudan istifadə etmək istəyirlər. Bunun üçün bu işdə kömək edəcək fərman layihələri hazırlanır.
Nəşr qeyd edir ki, Donald Trampın kampaniyasının nümayəndəsi Stiven Çenq hazırda onların komandasında konkret hansı hərəkətlərin müzakirə olunduğu sualına cavab verməyib. Eyni zamanda, o qeyd edib ki, Tramp əsas diqqətini praymerizlərdə "rəqiblərini əzməyə” və daha sonra Baydeni məğlub etməyə cəmləyib.
Xəbər verildiyi kimi, Donald Tramp respublikaçılar düşərgəsində prezidentlik kampaniyasının favoriti hesab olunur. Eyni zamanda, o, 2020-ci il seçkilərinin ondan "oğurlandığını” israr etməyə davam edir və bir sıra ştatlarda ona qarşı qaldırılan saxtakarlıq ittihamlarını siyasi təqib adlandırır.
Nizami Bağırov