Xəbər lenti

Tramp Putini tənqid etdi və Rusiya ilə bağlı
Dünya 12:16 11.07.2025

Tramp Putini tənqid etdi və Rusiya ilə bağlı "vacib" bəyanat verəcəyini bildirdi - NBC

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya onu məyus edib və bazar ertəsi Rusiya ilə bağlı "vacib bir bəyanat” verəcək.

Qaynartinfo xəbər verir ki, bu barədə Tramp NBC News-a müsahibəsində bildirib.

"Mən Rusiyadan məyusam, amma görək qarşıdakı bir-iki həftə nə gətirəcək”, – o deyib və əlavə təfərrüat verməkdən imtina edib.

Eyni zamanda Tramp vacib bəyanat verəcəyini vəd edib:
"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı vacib bir bəyanat verəcəyəm”, – deyə ABŞ prezidenti bildirib.

Müsahibə zamanı Tramp bir daha Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı davam edən hücumlara görə tənqid edib. O həmçinin bildirib ki, Senatın Cənubi Karolinadan olan senator Lindsi Qremin təşəbbüsü ilə Rusiyaya qarşı daha sərt sanksiyalar layihəsini qəbul edəcəyini gözləyir.

"Bu addımı atmaq istədiyimə özüm qərar verəcəyəm”, – deyə Tramp bu tədbirlə bağlı əlavə edib. "Onlar çox ciddi və çox sərt sanksiyalar paketi qəbul edəcəklər, lakin prezident bu sanksiyaların tətbiqinə özü qərar verəcək”.

Tramp həmçinin ABŞ müdafiə naziri Pit Hegsetin Ukraynaya silah tədarükünün dayandırılması barədə qərar verdiyini bilmədiyini söyləyib.
"Mən bu barədə heç nə bilmirəm”, – deyə Tramp qeyd edib və əlavə edib ki, Hegset "işini əla görür”.

Bundan əvvəl "Reuters” yazmışdı ki, Tramp ikinci prezidentlik dönəmi çərçivəsində ilk dəfə olaraq Ukraynaya silah tədarükü üçün prezident səlahiyyətlərindən istifadə etməyi planlaşdırır. Söhbət ümumi dəyəri təxminən 300 milyon dollar olan silahdan gedə bilər.

NBC-yə verdiyi müsahibədə Tramp həmçinin açıqlayıb ki, ABŞ Ukraynaya silah tədarükünü NATO vasitəsilə həyata keçirəcək. Bu silahların tam maliyyələşdirilməsini isə Alyans özü üzərinə götürəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->