Xəbər lenti

Tramp “Qəzzanın gələcəyi” ilə bağlı Al-ın yaratdığı video yayımladı – Özü və Netanyahu çılpaq...
Dünya 13:18 26.02.2025

Tramp “Qəzzanın gələcəyi” ilə bağlı Al-ın yaratdığı video yayımladı – Özü və Netanyahu çılpaq...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrində süni intellektin (Al) yaratdığı videonu yayımlayıb. O, videoda döyüş əməliyyatları bitdikdən sonra regionun necə bərpa olunmalı olduğunu öz baxışına uyğun göstərib. Videonun sonunda Tramp qismən çılpaq vəziyyətdə İsrailin baş naziri Benyamin Netanyahunun yanında hovuz kənarında günəşlənir.  

Qaynarinfo bu barədə "Avropa həqiqəti”nə istinadla xəbər verir.  

Qısa video Qəzza sektorunun dağıntı mənzərələri ilə başlayır. Kadrlarda 7 oktyabrda HƏMAS terrorçularının İsrailə hücumuna cavab olaraq aparılan hərbi əməliyyatlar nəticəsində tamamilə dağıdılmış ərazi və "Qəzza 2025... Bəs sonra?” yazısı görünür.  

Daha sonra videoda həmin ərazinin "Yaxın Şərqin Rivyerası”na çevrildiyi göstərilir – ekzotik çimərliklər, göydələnlər, lüks yaxtalar və əylənən insanlar təsvir olunur. Küçələrdə Tesla avtomobilləri hərəkət edir, İlon Maska bənzəyən bir şəxs çörək yeyir, saqqallı kişilər şəffaf ətəklərdə rəqs edir, bir uşaq isə Trampın başı formasında nəhəng qızıl kürə tutur.  

Videoda həmçinin Tramp gecə klubunda yüngül geyimli bir qadınla rəqs edir, İlon Mask insanların başına pul səpir, "Tramp-Qəzza” adlı bina ucalır, mağazaların rəflərində Trampın simvolikası ilə bəzədilmiş qızıl suvenirlər satılır və meydanın mərkəzində nəhəng qızıl Tramp heykəli dayanır.  

Videonun sonunda Tramp və İsrailin baş naziri Benyamin Netanyahu hovuz kənarında kokteyllərlə günəşlənirlər.  

Videoya "Donald Tramp sizi azad edəcək, hər kəs üçün yeni həyat gətirəcək, daha tunellər olmayacaq, qorxu bitəcək, "Tramp-Qəzza” nəhayət burada” sözlərinin səsləndiyi rəqs musiqisi müşayiət edir.  

Son vaxtlar Tramp bildirib ki, ABŞ Qəzzanı "nəzarətə götürə” və Fələstin ərazisini "Yaxın Şərqin Rivyerasına” çevirməklə "həqiqi iş görə” bilər.  

O, həmçinin Qəzzadakı fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsini təklif edib. İsrail tərəfi isə onların Fələstini tanıyan Avropa ölkələrinə verilməsini irəli sürüb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->