Xəbər lenti

Tramp qrenlandiyalılara birdəfəlik ödəniş təklif etmək istəyir
Dünya 10:52 09.01.2026

Tramp qrenlandiyalılara birdəfəlik ödəniş təklif etmək istəyir

ABŞ rəsmiləri Qrenlandiya sakinlərini Danimarkadan ayrılmağa və bəlkə də ABŞ-a qoşulmağa razı salmaq üçün onlara birdəfəlik pul ödənişi edilməsi imkanlarını müzakirə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”ə dörd məlumatlı mənbə bildirib.

İki mənbənin verdiyi məlumata görə, hər hansı ödənişin dəqiq məbləği və logistikası hələ məlum olmasa da, Ağ Ev köməkçiləri də daxil olmaqla ABŞ rəsmiləri adambaşına 10 min dollardan 100 min dollara qədər məbləğləri müzakirə ediblər.

"Danimarkanın dənizaşırı ərazisi olan Qrenlandiya sakinlərinə birbaşa pul ödənilməsi ideyası, Kopenhagen və Nuuk rəsmilərinin adanın satılmadığı barədə israrlı bəyanatlarına baxmayaraq, ABŞ-ın 57 000 sakini olan bu adanı necə "ala” biləcəyinin izahlarından biridir", — deyə "Reuters” vurğulayır.

Mənbələrdən biri bildirib ki, Ağ Ev köməkçiləri Venesuela diktatoru Nikolas Maduronun ələ keçirilməsi əməliyyatından yaranan hərbi və siyasi impulsu Prezident Donald Trampın digər köhnə geosiyasi hədəflərinə yönəltməyi planlaşdırırlar.

Söhbət gedən birdəfəlik ödəniş müzakirələri yeni olmasa da, son günlərdə daha ciddi xarakter alıb. Xüsusilə köməkçilər yüksək məbləğləri, yəni adambaşına 100 min dollar ödənişi nəzərdən keçirirlər ki, bu da ümumilikdə təxminən 6 milyard dollar təşkil edəcək.

Ağ Ev hərbi müdaxilənin mümkün olduğunu bəyan etsə də, rəsmilər ABŞ-ın adanı satın almağa və ya diplomatiya yolu ilə əldə etməyə üstünlük verdiyini bildiriblər.

"Politico”nun yazdığına görə, Avropanın Qrenlandiyanı Trampdan xilas etmək üçün dörd variantı var:

1.Kompromis axtarmaq;
2.Qrenlandiyaya böyük məbləğdə vəsait ayırmaq;
3.İqtisadi tədbirlərlə qisas almaq;
4.Adada qoşun yerləşdirmək.

Danimarka parlamentinin keçmiş nümayəndəsi vəziyyəti belə şərh edib: "Hamı şokdadır... Heç kim nə edəcəyini bilmir, çünki amerikalılar hər şeyi edə bilərlər. Amma bizə təcili cavablar lazımdır".

ABŞ Dövlət katibi Marko Rubio Trampın Qrenlandiya planlarından geri çəkilməyərək Danimarka liderləri ilə görüşəcəyini bildirib. O, ABŞ-ın öz məqsədinə çatmaq üçün hərbi vasitələrdən istifadə ehtimalını istisna etməyib.

Rubio, ABŞ-ın Qrenlandiyanı güclə ələ keçirərək NATO hərbi alyansını təhlükəyə atmağa hazır olub-olmaması barədə suala belə cavab verib:

"Lakin hazırda bir diplomat kimi məşğul olduğumuz iş budur ki, biz məsələləri həmişə müxtəlif yollarla, o cümlədən Venesuela nümunəsində olduğu kimi həll etməyə üstünlük veririk".

Alpər
--> -->