ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya prezidenti Vladimir Putin "müharibəni dayandırmaq istəyir" və Rusiya liderinin ambisiyalarının Ukraynanın sərhədlərindən kənara çıxa biləcəyi ehtimalını rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə UNİAN
yazır.
"Mən düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir. Mən bunu anlayıram. Biz uzun və əhatəli danışmışıq. Stiv Vitkoff onunla çox uzun müddət, təxminən üç saatlıq görüş keçirib. Mən düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir", – Tramp jurnalistlərə bildirib.
O əlavə edib ki, "onların böyük, güclü hərbi maşını var".
"Siz başa düşürsünüz də, onlar Hitleri məğlub ediblər, Napoleonu məğlub ediblər. Bilirsiniz, onlar uzun müddətdir müharibə aparırlar. Onlar bunu əvvəllər də ediblər... amma mən düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir", – Amerika lideri vurğulayıb.
Putinin ərazi ambisiyaları və Rusiyanın bütün Ukrayna ərazisini ələ keçirmək istəyib-istəmədiyi barədə sualı cavablandıran Tramp bildirib ki, o da Putinə eyni sualı verib:
"Mən düşünürəm ki, o, dayanmaq istəyir. Bu, ona verdiyim sual idi. Çünki əgər o, davam etsə, bu, bizim üçün böyük problem olacaq və bu, mənim üçün də ciddi problem yaradacaq, ona görə də siz sadəcə buna imkan verə bilməzsiniz".
Tramp əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də "buna son qoymaq istəyir".
Alpər
Şərhlər