Dünya 16:18 18.03.2024

Tramp seçilsə, Putinə Ukraynanı işğal etməyə icazə verəcəkmi? - Cavab

ABŞ prezidentliyinə qalmaqallı namizəd Donald Tramp Ukraynaya silahla kömək etməyə davam edib-etməyəcəyi və yenidən prezident seçiləcəyi təqdirdə Putinə Ukraynanın bir hissəsini, yoxsa bütününü işğal etməyə icazə verib-verməyəcəyi sualına birbaşa cavabdan yayınıb. 

Qaynarinfo xəbər verir ki, Tramp Fox News-a verdiyi müsahibədə dediyi kimi, ümid edir, bu, belə olmayacaq. O, Prezidentin səlahiyyətlərini qəbul edənə qədər uzun müddət, doqquz aydan çox vaxt keçəcək - müharibə və siyasət üçün bu, "əbədilik”dir.

Siyasətçi qeyd edib ki, ukraynalılar çox cəsur olsalar da, Rusiya Federasiyasının güclü ordusu var. O, əmindir ki, danışıqlar yolu ilə kompromis axtarmaq lazımdır.
Tramp həmçinin bildirib ki, Ukraynadakı müharibə məsələsi onun üçün çox ağrılıdır. O, əmindir ki, prezident olsaydı, işğal baş verməzdi.

"Mən Putini yaxşı tanıyırdım, yaxşı münasibətimiz var idi. Mən prezident olsaydım, o, heç vaxt genişmiqyaslı işğal barədə qərar verməzdi. Bizim həqiqi liderimiz olsaydı, o (Putin - UNİAN) heç vaxt bunu etməzdi. Unutmayın o, illərdir bunu etmirdi və bunu edəcəyi ilə bağlı real təhlükə yox idi. Putinlə danışdım, dedim ki, "sən bunu edə bilməzsən”. Mən prezident olsaydım, bütün bu insanlar yaşayardı, bütün bu gözəl şəhərləri, min illik qədim günbəzləri, qızıl günbəzləri, mədəniyyəti əvəz etmək olmaz. Bu, dəhşətli vəziyyətdir”, - Tramp bildirib.

Alpər