Xəbər lenti

Tramp söz verdi: Andiçmədən əvvəl Ukraynadakı münaqişəni həll edəcək
Dünya07:43 21.01.2024

Tramp söz verdi: Andiçmədən əvvəl Ukraynadakı münaqişəni həll edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəlsə, andiçmə mərasimindən əvvəl də Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacağına söz verib. 
Qaynarinfo xəbər verir ki, sabiq prezident bu barədə Nyu-Hempşirdə tərəfdarlarının mitinqində danışıb.
"Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibəni mən vəzifəyə başlamazdan əvvəl həll edəcəyik", deyə Tramp bildirib.
Siyasətçi sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ona nə qədər vaxt lazım olduğunu dəqiqləşdirməyib, münaqişənin həlli üçün konkret olaraq planını da açıqlamayıb.
 Trampın sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskini yaxşı tanıyır.
Aydın