ABŞ prezidenti Donald Tramp qırmızı "Tesla Model S" sedanını seçib. O, təxminən 80 min dollar dəyərində olan avtomobil üçün çek yazacağını və onu Ağ Evdə saxlayacağını bildirib ki, işçilər ondan istifadə edə bilsinlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press"
yazır.
Agentlik qeyd edir ki, təhlükəsizlik səbəbindən ABŞ prezidentləri demək olar ki, heç vaxt avtomobil idarə etmirlər.
Tramp avtomobilə oturarkən videoda "Vau! Bu möhtəşəmdir. Bu, mənim əvvəlki maşınımdan fərqli paneldir. Hər şey kompüterdir" dediyi eşidilir.
Tramp "Tesla"nın səhmlərinin ciddi şəkildə ucuzlaşması fonunda İlon Maskı dəstəkləmək üçün bu markadan avtomobil almağa qərar verib. ABŞ prezidenti bəyan edib ki, "radikal solçu lunatiklər" "Tesla"nı "qanunsuz və gizli sövdələşmə yolu ilə" boykot etməyə çalışırlar.
Bununla belə, "The Wall Street Journal" Trampı "elektromobil düşməni" adlandırıb, çünki o, iqlim dəyişikliyi probleminə o qədər də önəm vermir.
Alpər
Şərhlər