"Yeni tip koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair dəlilləri gördüm, lakin təfərrüatları hələ açıqlamayacağam"
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, məsələ ilə bağlı tədqiqatların aparıldığını deyib.
"Çin bunu bilərəkdən və ya bilməyərəkdən etmiş olursa olsun tədqiqatçılarımız bunu araşdırırlar", - deyə Ağ ev rəhbəri bildirib.
Rəmi Pekin isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Camal