"Tramp 2020-ci ildə prezident seçilsə, NATO yox olacaq".
Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden deyib.
O, CNN televiziyasına müsahibəsində "Əgər o seçilsə, sizə söz verirəm ki, NATO 4 və ya 5 il sonra yox olacaq”, deyə bildirib.
Qeyd edək ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq istəyən bütün namizədlər Trampa analoji bəyanatlar səsləndirirlər. Onlar Trampı ABŞ-ın müttəfiqlərindən uzaqlaşdırmaqda ittiham edirlər.