Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynaya gəlmək təklifinə cavab verib.
Qaynarinfo xəbər verir ki, o, səfərdən imtina
edib.
"Prezident Zelenskiyə böyük hörmətim var, amma düşünürəm ki, hazırda Ukraynaya getmək yersizdir”, - Tramp Newsmax-a deyib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası indi Zelenski ilə "iş aparır”. Öz növbəsində, Tramp "maraqlar toqquşması yaratmaq istəməzdi”.
Xatırladaq ki, noyabrın əvvəlində Zelenski müharibəni 24 saat ərzində bitirəcəyi ilə bağlı mütəmadi bəyanatlarına cavab olaraq Donald Trampı Ukraynaya səfərə dəvət etmişdi. Ukrayna prezidenti bunun nə üçün mümkün olmadığını 24 dəqiqə ərzində ona izah etməyə hazır olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, elə şeylər var ki, onları "yalnız burada olmaqla başa düşmək olar”.
Qeyd edilir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı iyrənc bəyanatları ilə tanınır. Onun sözlərinə görə, 24 saata müharibəni başa çatdıra bilərdi.
Bundan əlavə, Tramp iddia edir ki, o, ABŞ prezidenti olsaydı, Vladimir Putin Ukraynaya hücum etməzdi. Onun hesabında sülh müqabilində Krımın Rusiyaya "verilməsi” təklifi də var.
O, əvvəllər Rusiya diktatoru Vladimir Putinlə "yaxşı anlaşma" ilə öyünüb.
Alpər