Keçən il Kapitola hücumunu araşdıran Nümayəndələr Palatasının Komitəsi yekun hesabatını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Bu, 18 ay davam edən istintaqın kulminasiya nöqtəsidir. Hesabatda ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyamda təqsirli bilinir. Komitə onun dövlət vəzifələrində işləməsinə qadağa qoyulmasını tövsiyə edib.
Yekun istintaq hesabatı 845 səhifədən ibarətdir və mindən çox müsahibə, e-poçt və telefon danışıqlarının stenoqramını ehtiva edir. Hesabatda deyilir ki, Donald Tramp yeddi ştatda saxta seçici siyahılarını təbliğ etməyə çalışıb. Digər ittihamlar arasında polis məmuruna mane olmaq və qiyam etmək də var.
Hesabatda 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumun əsas səbəbi Donald Trampın davranışı olduğu qənaətinə gəlinir. Komitə 14-cü düzəlişə əsasən onun dövlət vəzifələrində işləməsinin qadağan edilməsini tövsiyə edib. Həmin düzəlişə əsasən, üsyan və ya qiyamda iştirak etmiş şəxslər ABŞ-da dövlət vəzifəsinə iddia edə bilməzlər. Donald Tramp komitənin nəticələrini "cadugər ovu” kimi qiymətləndirib.
Nizami Bağırov
Şərhlər