
Amerika mediası ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Almaniyanın Hamburq şəhərində "Böyük 20-lik" ölkələrinin sammiti çərçivəsində görüşdən əlavə, mediadan xəbərsiz, gizli görüş keçirdikləri barədə məlumat yaymışdı.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu iddiaya münasibət bildirən Tramp sərt açıqlamalarla çıxış edib. Xəbəri "qeyri-sağlam" adlandıran ABŞ prezidenti bütün ölkə liderləri və həyat yoldaşlarının yemək masasında bir araya gəldiyini və medianın bundan xəbərdar olduğunu deyib.
Qeyd edək ki, Putin və Tramp ilk dəfə Hamburqda görüşmüş və bu görüş 2,5 saat davam etmişdi.
Gülşən
Qaynarinfo.Az