Xəbər lenti

"Trampı dinləməyə hazıram, amma Krım və Donbasdan imtina etmək sülh deyil" - Zelenski
Dünya11:43 22.11.2023

"Trampı dinləməyə hazıram, amma Krım və Donbasdan imtina etmək sülh deyil" - Zelenski

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın "sülh planı” ilə tanış olmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, plan ərazi güzəştlərini nəzərdə tutursa, bu, sülhə gətirib çıxarmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Zelenskinin "Fox News" kanalına müsahibəsinə istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, ABŞ-ın 45-ci prezidenti Donald Trampla dialoqa hazırdır, çünki o, "Ukrayna üçün çox tez sülh sazişi bağlaya biləcəyini” dəfələrlə bəyan edib.
"Mən hazıram. Əgər onun (Trampın-red.) çox konkret sülh planı varsa, bunu mənimlə bölüşə bilər. Bəli, Donbas və Krımı Rusiyaya versək, bu müharibəni dayandıra bilərik. Fikrimcə, ölkəmiz belə bir sülh planına hazır olmayacaq. Bu, sülh planı deyil”, deyə Zelenski qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdıran Donald Tramp ikinci də prezident seçildikdən sonra seçicilərinə "Rusiyanın Ukraynaya qarşı müharibəsini 24 saat ərzində bitirəcəyini” vəd edib. 
Eyni zamanda o, "müharibədən qaçmaq” üçün Rusiyaya Ukrayna ərazilərinin bir hissəsini almasına icazə verəcəyini də bəyan edib.
Əlavə edək ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq Trampı Ukraynaya dəvət edib. O, Trampın yenidən seçiləcəyi təqdirdə "Ukraynada müharibəni 24 saat ərzində bitirmək” vədinə belə cavab verib.
Öz növbəsində, Zelenski ABŞ-ın keçmiş prezidentinə müharibəni bitirməyəcəyini izah etmək üçün "24 dəqiqə” kifayət edəcəyini və Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkün olmadığını bildirib. Tramp, "maraqlar toqquşmasını yaratmamaq” üçün dəvətdən imtina edib. 
Nizami Bağırov