Xəbər lenti

Trampın adamı olan GSA rəhbəri Baydeni qəbul etmir: “Hələ gözləyin...”
Dünya08:13 09.11.2020

Trampın adamı olan GSA rəhbəri Baydeni qəbul etmir: “Hələ gözləyin...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika KİV-lərinin ABŞ-da prezident seçkilərində Co Baydenin qalib gəlməsi ilə bağlı səs-küylü açıqlaması hələ rəsmi olaraq təsdiqlənməyib, bütün rəsmi prosedurların tamamlanmasını gözləmək lazımdır.

Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə keçid dövründə hakimiyyətin bir dövlət başçısından digərinə keçməsini təmin etməli olan ABŞ Ümumi Xidmətlər İdarəsinin başçısı Emili Mürfi çıxış edib.

"Politico” qəzetinin yazdığına görə, Baydenin komandası hələ hökumətin maliyyə qaynaqlarına giriş əldə edə və federal departamentlərlə əlaqə qura bilməyəcək. "Fox News”un məlumatına görə, Baydenin qərargahının nümayəndələri artıq Büroya siyasətçinin ölkənin seçilmiş prezidenti, Kəmalə Harrisin isə vitse-prezident kimi tanınması üçün tələb göndəriblər. Sənəddə demokratın qələbəsinin "müstəqil təsdiq” aldığı iddia edilir.

Yeni prezidentin təsdiqlənməsi yalnız Bayden tərəfdarlarının təzyiqlərinə tabe olmayan Ofisin (GSA) təsdiqləməsi ilə baş verəcək. Eyni zamanda, media Mürfinin bu vəzifəyə hazırkı prezident Donald Tramp tərəfindən namizəd göstərildiyini və məğlubiyyətini qəbul etməkdən qəti şəkildə imtina etdiyini xatırladır.

Alpər