Xəbər lenti

Trampın hesabını blokladıqdan sonra Tvitterin səhmləri çökdü
Texnologiya12:54 11.01.2021

Trampın hesabını blokladıqdan sonra Tvitterin səhmləri çökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tvitter kompaniyasının səhmləri ABŞ-ın ilkin ticarətində 8 %-dən çox düşüb. 
Qaynarinfo xəbər verir ki, bu, Tvitterin hazırkı Amerika lideri Donald Trampın hesabını bloklamaq qərarından sonra belə olub. Bakı vaxtı ilə 13.44-də şirkətin səhmləri 7,89% azalaraq 47,42 dollara satılıb. Bundan əvvəl düşmə 8,3% olub.
Bundan əvvəl, Rusiya senatoru Aleksey Puşkov Telegram kanalında Twitter rəhbərliyinin ABŞ prezidenti Donald Trampın hesabını "zorakılığa təhrik etmə riski" səbəbindən qalıcı olaraq bloklamağa qərar verdiyinə dair xəbəri şərh edib. 
Puşkovun sözlərinə görə, Amerika şirkəti ABŞ prezidentinə qarşı "amansız müharibə" elan edib. O, baş verənləri "ABŞ-da Oruell dünyasının daha bir simvolu" adlandırıb.
Alpər