ABŞ prezidenti Donald Trampın İtaliyanın baş naziri Corcia Meloninin onunla şəkil çəkdirmək istədiyi barədə açıqlamasından sonra Vaşinqton və Roma arasında diplomatik qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşri yazır.
"La7” telekanalına müsahibəsində Donald Tramp Corcia Meloninin onunla birgə foto çəkdirmək üçün guya yalvardığını bildirib: "Onun mənimlə şəkil çəkdirmək üçün yalvardığını deyə bilərəm! Mənimlə şəkil çəkdirməyi çox istəyirdi. Mən razılaşmaya da bilərdim, amma ona yazığım gəldi".
Corcia Meloni isə X sosial şəbəkəsində paylaşdığı açıqlamada özünün və İtaliyanın heç vaxt heç kimdən nəsə istəmədiyini vurğulayıb: "Mən ABŞ prezidentinin müttəfiqlərinə niyə belə münasibət göstərdiyini başa düşmürəm. Bu, ilk dəfə deyil. Yalnız onu deyə bilərəm ki, Qərbin və ABŞ-ın rəqiblərinə qarşı eyni qətiyyəti nümayiş etdirməməsi məyusedicidir. Əksinə, həmin ölkələrin liderlərinə daha yumşaq münasibət göstərilir".
Qalmaqal fonunda İtaliyanın xarici işlər naziri Antonio Tayani iyunun 21–22-də ABŞ-a planlaşdırılan səfərini ləğv edib. O, Trampın sözlərini İtaliya üçün "ciddi və təhqiredici” adlandırıb.
İtaliyanın müdafiə naziri Quido Krosetto da Corcia Meloninin kimdənsə onunla şəkil çəkdirməyi xahiş etməsini təsəvvür edə bilmədiyini bildirib.
Aydın
Şərhlər