Xəbər lenti

Trampın meneceri Rusiya məsələsi ilə əlaqədar həbs edildi
Dünya15:00 30.10.2017

Trampın meneceri Rusiya məsələsi ilə əlaqədar həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın seçki kampaniyası dövründə meneceri olmuş Paul Manafort Federal Tədqiqatlar Bürosunun əmrinə əməl edərək təslim olub.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Manafortla birlikdə onun keçmiş biznes ortağı Rik Qeyts də təslim olub. 
Qeyd edək ki, prokuror Robert Müller tərəfindən həyata keçirilən istintaq prosesində Rusiyanın ötən il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi araşdırılır. Rusiyanın Trampa hakimiyyətə gəlməkdə kömək etməsi iddialar arasındadır.
Gülşən
Qaynarinfo.Az