Xəbər lenti

Trampın müharibəni bitirməklə bağlı yeni bəyanatı əvvəlkilərdən nə ilə fərqlənir?
Dünya 17:43 03.11.2025

Trampın müharibəni bitirməklə bağlı yeni bəyanatı əvvəlkilərdən nə ilə fərqlənir?

"Əslində Trampın Ukrayna məsələsi ilə bağlı bu yeni bəyanatları əvvəl səsləndirdiyi bəyanatlardan heç nə ilə fərqlənmir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini bir neçə aya bitirə biləcəyi barədə növbəti iddialı açıqlamasının bu tip əvvəlki açıqlamalardan nə ilə fərqləndiyini şərh edərkən deyib.

"O, əvvəlkiləri bir növ təkrar edir. Bu yöndə daha dəqiq bir fikir bildirmək üçün bəzi məlumatları dəqiqləşdirmək lazımdır ki, bunun üçün də hardasa noyabrın ortalarına qədər gözləmək lazımdır", deyə Mehman Əliyev bildirib.
 


Həmsöhbətimizin fikrincə, yanvar ayının ortaları, uzağı 20-nə kimi Ukrayna savaşı dayandırılacaq:

"Bəzi məlumatlara görə, yanvar ayında Ukrayna müharibəsi dayanmalıdır. Qərb yanvar ayı üçün belə bir şey hazırlayır. Bu istiqamətdə danışıqlar gedir və hesab edirlər ki, bu, yanvar ayında baş verəcək. Bu yöndə ehtimallar 90 faizdir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna müharibəsilə bağlı iddialı bəyanatla çıxış edib. Belə ki, Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib. 

O, bu barədə ABŞ lideri "CBS News"a müsahibəsində bildirib: "Düşünürəm ki, bəli, bacaracağıq". 

Tramp qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bilib.

"Bununla bağlı halların 60 faizində dedim ki, əgər döyüşməyi dayandırmasanız, hər ikinizin ölkənizə tariflər tətbiq edəcəyəm və siz ABŞ ilə iş görə bilməyəcəksiniz'", deyə Tramp izah edib.

O, əlavə edib ki, bu variant Vladimir Putin üçün də işləyir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->