ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıdacağı təqdirdə NATO-dan çıxacağı ilə bağlı hədələri ciddi qəbul edilməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Tramp administrasiyasında ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton
deyir.
"Düşünürəm ki, Trampın bəyanatları kifayət qədər ciddi qəbul edilməlidir”, - o, MSNBC-də deyib.
Onun sözlərinə görə, indi çoxları bunu belə qəbul etmir - həm Trampın tərəfdarları, həm də əleyhdarları.
"O (Tramp - red.) ABŞ-ın NATO-dan çıxmasını istədiyini deyəndə, mən hesab edirəm ki, bu, çox real təhlükədir və bunun ABŞ üçün son dərəcə pis nəticələri olacaq. Həm də təkcə Şimali Atlantika regionunda deyil, daha geniş”, - Bolton bildirib.
Donald Tramp bəyan edib ki, o, az pul ödəyən Alyansa üzv ölkələrə Rusiyanın hücum etməsinə icazə verəcək.
Nizami Bağırov
Şərhlər