İnternet istifadəçiləri ABŞ-ın prezidenti Donald Trampın böyük nəvəsi, Donald Tramp-kiçik və Vanessanın qızı Kay Trampı loqo oğurluğunda ittiham ediblər. Onlar iddia edirlər ki, Kayın təqdim etdiyi yeni kolleksiyanın loqosu, Teylor Sviftin nişanlısı, Milli Futbol Liqasının (NFL) ulduzu Trevis Kelsinin loqosuna bənzəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail”
yazır.
Kay yaxın günlərdə özünün merç kolleksiyasını təqdim edib. Kolleksiyaya ağ, tünd-göy və qara rəngli kapüşonlu sviterlər daxildir. Geyimlərin önündə KT (Kai Trump) loqosu, arxasında isə KAI yazısı yerləşdirilib. Fotosessiya isə Ağ Ev fonunda keçirilib.
Lakin sosial şəbəkə istifadəçiləri bu loqonun Trevis Kelsinin TK loqosuna çox oxşadığını bildiriblər. Xatırladaq ki, Kelsi bu ilin avqustunda "American Eagle” brendi ilə əməkdaşlıq çərçivəsində "Tru Kolors” adlı idman geyimləri kolleksiyasını təqdim etmişdi. Orada papaqlardan tutmuş sviter və gödəkcələrə qədər müxtəlif geyimlər üzərində TK loqosu əks olunmuşdu.
Bəzi istifadəçilər Trampın nəvəsini sərt tənqid edərək yazıblar:
"Bəlkə də yaxşı düşünməlisiniz, çünki bu loqo artıq American Eagle/Trevis Kelsiyə məxsus ticarət nişanı kimi qeydiyyatdan keçib. Amma siz Trampsınız, hər şeyi edə biləcəyinizi və bunun nəticəsiz qalacağını düşünürsünüz”.
"Ağ Evi yeni geyim kolleksiyanızın reklamı üçün istifadə etmək təkcə pis ideya deyil, həm də Trevis Kelsinin loqosunun açıq-aşkar surətidir”.
Nə "American Eagle”, nə də "Trevis Kelsi” hələlik bu məsələ ilə bağlı ictimai şərh verməyiblər.
Xatırladaq ki, 26 avqustda Trevis Kelsi və Teylor Svift iki illik münasibətlərdən sonra nişanlandıqlarını açıqlamışdılar. Onların münasibəti ilk dəfə 2023-cü ilin sentyabrında, Sviftin Kelsinin komandası "Kansas City Chiefs”in oyununda anası Donna Kelsi ilə birlikdə stadionda göründüyü zaman üzə çıxmışdı.
Aralarındakı köhnə qarşıdurmaya baxmayaraq, Donald Tramp da cütlüyü təbrik edərək deyib: "Mən hesab edirəm ki, o (Kelsi) əla oyunçudur, əla insandır. O (Svift) da əla insandır. Onlara böyük xoşbəxtlik arzulayıram”.
Alpər
Şərhlər