
ABŞ prezidenti Donald Trampın təklif etdiyi səhiyyə qanunu "Trumpcare" senatda səsverməyə çıxarılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezident Barak Obamanın dövründə qəbul edilən "Obamacare" qanununun ləğvinə çalışan Tramp buna nail ola bilməyib. 100 nəfərin təmsil olunduğu senatda 57 nəfər bu qanunun əleyhinə səs verib, yalnız 43 nəfər "hə" cavabını verib. Hakim Respublikaçılar partiyasının senatda təmsil olunan 52 üzvündən 9-u bu qanunun əleyhinə səs verib.
ABŞ senatı "Obamacare"nin ləğvi üçün görüşlərin başlaması məsələsini səsverməyə çıxarmış və qərar 51 səslə qəbul edilmişdi.
Qeyd edək ki, ABŞ prezidenti bu dəyişikliyi qəti şəkildə etmək istəyir. Prezident seçkiləri dövründə verdiyi vədlərdən biri də bu idi.
Gülşən
Qaynarinfo.Az