Xəbər lenti

Trampın Rusiyaya sanksiyaları Avropada çaxnaşma yaratdı
Dünya11:26 03.08.2017

Trampın Rusiyaya sanksiyaları Avropada çaxnaşma yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Donald Tramp Rusiya, Iran və Şimali Koreyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar Avropa ərazisində çaxnaşma yaradıb.

Sözügedən sanksiya Rusiyanın iqtisadiyyatına nə dərəcədə təsir göstərə bilər? Avropa Birliyi nədən narahatdır? 

"Qaynarinfo" Rusiya mətbuatına əsasən bildirir ki, Avropa Rusiyaya qarşı başladılan sanksiyanı dəstəkləmir. Siyasətçilər isə ən yaxşı halda son olanları Amerikanın sülhü beynəlxalq səviyyədə pozması kimi qiymətləndirir. 

"Avropa Birliyi sanksiyalara bitərəf yanaşmalı və Avropanın maraqlarını müdafiə etməlidir", - deyə Avstriyanın Xarici Işlər Naziri Sebastiyan Kurç bildirib. 

Almaniyanın Xarici İşlər Nazirliyi isə: "Həlledici qərarı qanunlara uyğun olaraq Donald Trump verəcək. Ancaq biz qətiyyətlə Avropa Birliyi ilə müzakirəni məsləhət görürük", - deyə bildirib.  

Ekspertlər hesab edir ki, bu dəfə məsələlər şifahi danışıqlar çərçivəsindən çıxa bilər. Qarşıdurma hələ ki, nəzəriyyədədir. Ancaq ABŞ-ın sanksiya siyasəti Avropa müxalifəti tərəfindən dəstəklənərsə, rəsmiləşəcək. 

"Bu qanun hər kəsdən qabaq Avropa dövlətlərinə təsir edəcək. Xüsusilə də Rusiya ilə yaxşı münasibətdə olanlar və qaz kəmərlərinin  tikintisində ortaq hərəkət edənlərə". Bu sözləri isə politoloq Valeriy Qorbuzov deyib. 

Məsələdən tam razılıq edən və tərəfini birmənalı şəkildə ifadə edən tək dövlət isə Ukraynadır. Prezident Pyotr Poroşenko öz şəxsi "Facebook" hesabında bu sözləri yazıb: "Rusiyanın ona qarşı qoyulan bu məhdudiyyətlərdə xidməti böyükdü. Bəlkə sənədləri oxumayıb?"

Nərmin Həsənli

Qaynarinfo.Az