Xəbər lenti

Trampın seçki müşaviri həbs olundu
Dünya08:33 08.09.2018

Trampın seçki müşaviri həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Trampın seçki kampaniyası dövründə müşaviri olmuş Corc Papadopulos həbs edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 31 yaşlı Papadopulos Rusiyanın seçki prosesinə müdaxiləsinin tədqiqat prosesində yalan ifadə verməkdə ittiham edilir. Sabiq müşavir ötən ilin oktyabrında rusiyalı vasitəçilərlə əlaqəsi mövzusunda Federal Tədqiqatlar Bürosuna yalan danışıb. 
Corc Papadopulosa 14 günlük həbs, 12 aylıq şərti azadlıq, 200 saatlıq ictimai xidmət, 9500 dollar pul cəzası verilib.
Gülşən